Xidmətlərimiz

“RİSS MMC” MEP (Mechanical Electrical Plumbing) işləri üzrə, kondisioner, havalandırma, bacaların havalandırma kanallarının və manqalların təmizlənməsi, istilik, su təchizatı, enerji təminatı, yanğın təhlükəsizliyinə aid xidmət göstərmə üzrə ixtisaslaşmışıq

Kondisioner

KONDİSİONER SİSTEMLƏRİ

Müasir kondisioner sistemləri qapalı məkanlarda hava şəraitinin olduqca əlverişli olmasına zəmin yaradır.
Kondisioner sistemləri təkcə otaqda lazımı temperaturu təmin etmir, eyni zamanda havanı qurutmaq və ya nəmləndirmək, otağı tozdan, qoxulardan və bakteriyalardan təmizləmək imkanına da malikdir.
Bu sistemlərin tətbiqi sahəsi kifayət qədər genişdir – evlər, bağ evləri, ofis, ticarət obyektləri və müəssisələr.
RİSS MMC olaraq dünyanın tanınmış və keyfiyyətli kondisioner brendlərinin məhsullarından istifadə edirik.
Hal hazırda Azərbaycan istehlakçılarına aşağıda adı qeyd edilən kondisioner sistemlərini təqdim edirik:
- Məişət tipli kondisioner sistemləri
- Yarımsənaye tipli kondisioner sistemləri
- İstilik nasosları
- Multi-zonal kondisioner sistemləri
- VRV və VRF kondisioner sistemləri 

Mobirise

HAVALANDIRMA SİSTEMLƏRİ

Qapalı məkanlarda insanların həyat şəraitinin yaxşılaşdırılması və özlərini yaxşı hiss etmələrinin başlıca şərtlərindən biri havalandırma sisteminin təşkilidir. Hal-hazırda aparılan hermetik (ikiqat) şüşə və monolit betondan geniş istifadə olunduğundan, yeni yaşayış binalarında təmiz hava axınının çatışmamazlığı mövcuddur.
RİSS MMC olaraq dünyanın tanınmış və keyfiyyətli havalandırma brendlərinin məhsullarından istifadə edirik. 

Bacalar

TÜSTÜ BACALARININ,  HAVALANDIRMA KANALLARININ və MANQALLARIN TƏMİZLƏNMƏSİ

Bazarda problemlərinə alternativ həlli yollarını tapa bilməyən müştərilərin texniki təmizlik tələbləri baxımından, istinad şirkəti olaraq bacaların, havalandırma kanallarının və manqalların təmizliyini təmin edirik. Bunu nəzərə alaraq RİSS MMC çirklənmənin qarşısının alınması gigiyena göstəricilərinin davamlı yaxşılaşırılması, məhsullarımız və fəaliyyətimizə dair qanunvericiliyə əsasən xidmət göstəririk.

İstilik

İSTİLİK VƏ SU TƏCHİZATI SİSTEMLƏRİ

İstilik və su təchizatı sistemləri mühəndis şəbəkələri sistemlərinin ən mühüm növü hesab olunur. Onlarsız evdə həyat, ofsidə iş, müəssisələrdə istehsal mümkünsüzdür. Məkanda rahat şərait birbaşa bu sistemlərin təqdim etdiyi mürəkkəb qarışlıqlı mexanizmdən asılıdır.
İstilik və su təchizatı sistemlərinin quraşdırılması zamanı hər hansıbir səhvə yol verilməməlidir, çünki istənilən səhvin aradan qaldırılması böyük maliyyə vəsaiti tələb edəcək.
Məhz buna görə işə təcrübəli mütəxəssislərin cəlb edilməsi və keyfiyyətli avadanlıqların istifadə olunması çox vacibdir.  

Enerji

ENERJİ TƏMİNATI SİSTEMLƏRİ

Müasir dövrün yaşayış evlərinin və ya qeyri-yaşayış obyektlərinin elektrik enerjisi ilə təmin edilməsi çox aktualdır. Gündəlik elektrik enerjisi ilə qidalanan avadanlıq və cihazlar, istismar zamanı yalnız o vaxt etibarlı ola bilər ki, onlar elektrik təchizatı sisteminə qoşulsunlar. Bu halda, onun əsas işləmə prinsipləri etibarlılıq, təhlükəsizlik və enerji səmərəliliyinin vacibliyi enerji və maliyyə resurslarının qənaəti ilə izah olunur.
Bundan əlavə, sifariş edən müştərinin fərdi istəkləri texniki tələblərə və qaydalara uyğunlaşmalıdır. 

Metal konstruksiya

METAL KONSTRUKSİYA

Polad materiallardan istifadə edərək istehsal olunan metal konstruksiyalar uzunmüddətli istismar və təmir xərcləri tələb etmədən uyğun bir şəraitdə istehsal olunur. Bütün strukturların yerinə istifadə ediləcək metal konstruksiyalar son dərəcə faydalıdır.
Yüngül polad materialdan istifadə edilən strukturlar: anqarlar, anbarlar, sənaye sahələri, fabrik binaları, dayanacaqlar, idman salonları, müvəqqəti bina sahələrində, xüsusi layihələrdə.
Metal konstruksiyaya aid emalat, montaj, qumlama və boyalama işləri təhlükəsiz, keyfiyyətli və layihəyə uyğun işlər təhvil verilir. Əgər metal konstruksiyalar sizə maraqlıdırsa bizimlə əlaqə saxlayın.

Design

LAYİHƏ, DİZAYN VƏ MEMARLIQ

Fəaliyyət istiqamətimizə dizayn və təmir işləri də aiddir. RİSS MMC olaraq çoxsaylı müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, layihələri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir.
Daim inkişafda olan şirkətimiz Bakı və regionlarda fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir.
Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətta xarici ölkələrdə də böyük maraqla qarşılanır. Bunun nəticəsində şirkətimiz ölkə xaricində də çoxsaylı sifarişləri qəbul və icra edir.
Sonuncu ən böyük uğurumuz isə dünyanın tanınmiş interyer dizayn şirkəti olan Mossebo ilə əməkdaşlığa başlayıb və Mossebo-nun yeganə Azərbaycan nümayəndəliyi kimi də fəaliyyətimizi davam etdiririk.

Tikinti

TİKİNTİ

Qeyd etmək istərdik ki, RİSS MMC tərəfindən görülən bütün tikinti işləri öz xüsusi keyfiyyəti ilə fərqlənir. Əlaqədar dövlət orqanlarının apardığı çoxsaylı və çoxnövlü ekspertizalar, testlər və digər yoxlamalar tikililərin beynəlxalq tikinti norma və standartlarına tam cavab verən, seysmik davamlı material və avadanlıqlarla, eləcə də qabaqcıl tikinti metodları ilə inşa edildiyini təsdiq etmişdir.
Şirkətimiz tikinti apardığı ərazilərin ətrafinda abadlıq işlərinin aparilmasına, mövcud binaların müasir üslubda təmirinə və bərpasına da xüsusi diqqət yetirir. Gördüyümüz bu işlərin respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə bir töhvə kimi verildiyini böyük məmnuniyyət və fərəh hissi ilə qeyd etməyi vacib sayırıq.

Qaz təchizatl

QAZ TƏCHİZATI

Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və xüsusi icazə əsasında istismara verilməlidir. Biz də RİSS MMC olaraq qeyd olunan qaydalara və tələb olunan lisenziyaya əsasən fəaliyyət göstəririk.
Qaz təchizatı sahəsində fəaliyyət — qazın istifadəsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması;
Qaz — təbii qazlar, o cümlədən propan, butan, etilen, propilen, butilen, butadien, daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar da daxil olmaqla qaz və maye halında olan qaz növləri;
Qaz nəqli xidmətləri — istehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları arasında, həmçinin qazın boru kəmərləri vasitəsilə uzaq məsafələrə ötürülməsi;
Qazın paylanması — qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanması

RİSS MMC ilə keyfiyyətdə uduzmadan xərclərinizə qənaət edin! Təcrübəli və professional işçi heyəti məkanınıza uyğun və düzgün həlləri təklif edəcək. Nəticədə düzgün həllər əldə etməklə artıq xərclərin qabağını almış olacaqsınız. Biz həm fərdi şəkildə həm də müəssələrə müqavilə əsasında öz həllərimizi təklif edirik. Bizim haqqımızda buradan tanış ola bilərsiniz.